​Bakıda məşhur marketdən 65 min manat olan seyfi oğurlayan şəxslər tutulub

​Bakıda məşhur marketdən 65 min manat olan seyfi oğurlayan şəxslər tutulub Tutulan şəxslərin digər oğurluqlarda iştirak edib-etmədiyi araşdırılır
Hadisə
12 Noyabr , 2014 12:36
​Bakıda məşhur marketdən 65 min manat olan seyfi oğurlayan şəxslər tutulub
Bakı. 12 noyabr. REPORT.AZ/ Bakıda bir neçə oğurluq etmiş dəstə üzvləri tutulub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Nizami Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Kərim Kubayeviç Kubayev və 1995-ci il təvəllüdlü Renat Məhərrəmov tutulub.

Onlar sentyabrın 28-i saat 20:00-dan 29-u saat 09:20-dək, Q.Qarayev prospektində yerləşən mebel mağazasından açar seçmə yolu ilə içərisində 55000 manat, oktyabrın 13-də saat 08:30 radələrində, B.Nuriyev küçəsində yerləşən “Grandmart” marketlər şəbəkəsinin mağazasından, pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə içərisində 65.000 manat olan seyfləri oğurlamaqda şübhəli bilinirlər.

Tutulan şəxslərin digər oğurluqlarda iştirak edib-etmədiyi araşdırılır.

Son xəbərlər

Orphus sistemi