Bakıda mənzilinə gedən sərxoş kişi pilləkəndən yıxılaraq ölüb

Bakıda mənzilinə gedən sərxoş kişi pilləkəndən yıxılaraq ölüb Hadisə Xəzər rayonunun Binə qəsəbəsində baş verib
Hadisə
21 Sentyabr , 2016 11:48
Bakıda mənzilinə gedən sərxoş kişi pilləkəndən yıxılaraq ölüb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Sərxoş vəziyyətdə evinə getmək istəyən şəxs pilləkəndən yıxılaraq ölüb.

“Report”un Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 19-da Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. Orada yaşayan Vaqif Ağayev sərxoş vəziyyətdə mənzilinə qalxarkən pilləkəndən yıxılıb.

Kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilən V.Ağayev sentyabrın 20-də orada ölüb.

Son xəbərlər

Orphus sistemi