Bakıda mənzildən kişi meyiti tapılıb

Bakıda mənzildən kişi meyiti tapılıb FHN xilasediciləri 59 yaşlı Kamran Rəsulovu huşsuz vəziyyətdə aşkar ediblər
Hadisə
3 Yanvar , 2015 14:11
Bakıda mənzildən kişi meyiti tapılıb

Bakı. 3 yanvar. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonunda 1956-cı il təvəllüdlü Kamran Vəli oğlu Rəsulov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. 

Xilasedicilər mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı K.Rəsulovun vəfat etdiyi müəyyən olunub. 

Son xəbərlər

Orphus sistemi