​Bakıda mənzildən 77 yaşlı kişi meyiti tapılıb

​Bakıda mənzildən 77 yaşlı kişi meyiti tapılıb Faiq Tağıyev köməksiz vəziyyətdə qalıb
Hadisə
18 Fevral , 2016 02:27
​Bakıda mənzildən 77 yaşlı kişi meyiti tapılıb

Bakı. 18 fevral. REPORT.AZ/ Bakının Yasamal rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1939-cu il təvəllüdlü Tağıyev Faiq Hacıbala oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:45-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi