Bakı. 14 aprel. REPORT.AZ/ Bakının Səbail rayonunda oğurluq hadisəsi olub.
“Report”un xəbərinə görə, C.Əzizov küçəsində yaşayan 1960-cı il təvəllüdlü Nazim Mirzəliyevin evindən açıq qapıdan keçməklə 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.