Bakıda məktəbliyə qarşı soyğunçuluq edən şəxs iki həftə sonra tapılıb

Bakıda məktəbliyə qarşı soyğunçuluq edən şəxs iki həftə sonra tapılıb Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir
Hadisə
3 Dekabr , 2014 11:26
Bakıda məktəbliyə qarşı soyğunçuluq edən şəxs iki həftə sonra tapılıb
Bakı. 3 dekabr. REPORT.AZ/ Bakıda məktəbliyə qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Belə ki, noyabrın 20-də saat 11:30 radələrində, Binəqədi şosesi 3-də yerləşən orta məktəbin ərazisində 9-cu sinif şagirdinə qarşı soyğunçuluq edilib.

Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü Rüzgar Cəfərov tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.

Son xəbərlər

Orphus sistemi