​Bakıda məktəblinin ölümünə səbəb olan sürücünün cəzası yüngülləşdirilib

​Bakıda məktəblinin ölümünə səbəb olan sürücünün cəzası yüngülləşdirilib Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib
Hadisə
13 Aprel , 2016 13:51
​Bakıda məktəblinin ölümünə səbəb olan sürücünün cəzası yüngülləşdirilib

Bakı. 13 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nurlan Xeyrulla oğlu Fərhadov barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. N.Fərhadovun cəzası 9 ildən 8 ilə endirilib.

Qeyd edək ki, 2015-ci il aprel ayının 23-də Daxili İşlər Nazirliyi (DİN) Suraxanı rayonunun Hövsan qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Belə ki, həmin il aprelin 22-də saat 09:00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Elmar Ağayev vurulub və o, hadisə yerində ölüb. Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən “Toyota” markalı avtomobilin sürücüsü, Hövsan qəsəbə sakini N.Fərhadov saxlanılıb. Qəzada ölən 9 yaşlı piyada orta məktəbin 3-cü sinif şagirdi olub.

2015-ci il dekabr ayının 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Fərhadov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi