Bakıda məktəbliləri daşıyan mikroavtobus qəzaya düşüb

Bakıda məktəbliləri daşıyan mikroavtobus qəzaya düşüb Bütün şagirdlər xəstəxanadan evə buraxılıb
Hadisə
28 Mart , 2016 10:04
Bakıda məktəbliləri daşıyan mikroavtobus qəzaya düşüb

Bakı. 28 mart. REPORT.AZ/ Zabrat-Kürdəxanı yolunda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb. 3 saylı Şəhər Klinik Xəstəxanasının qəbul şöbəsindən "Report"a verilən məlumata görə, buraya müxtəlif travmalarla 10 şagird gətirilib. Onlara tibbi yardım göstərilib, bütün şagirdlər evə buraxılıb. 

"Onların arasında vəziyyəti ağır olan olmayıb. Xəstələr müayinə olunduqdan sonra evlərinə buraxılıb. Uşaqların təxminən 10-12 yaşları olub. Onların heç birində sınıq və ya digər ciddi zədələr qeydə alınmayıb", - xəstəxanadan bildirilib.

Son xəbərlər

Orphus sistemi