Bakıda məktəblərdən birində yanğın olub - ƏLAVƏ OLUNUB

Bakıda məktəblərdən birində yanğın olub - ƏLAVƏ OLUNUB Bütün şagirdlər təxliyyə edilib
Hadisə
23 May , 2016 09:30
Bakıda məktəblərdən birində yanğın olub - ƏLAVƏ OLUNUB

Bakı. 23 may. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov “Report”a açıqlamasında məktəbdə partlayış olması barədə məlumatlara münasibət bildirib: “Məktəbdə heç bir partlayış olmayıb. Yanğın hadisəsi məktəbin ibtidai sinfin şagirdlərinin dərs keçdiyi korpusda qeydə alınıb. Məktəbin giriş hissəsindəki otaqlardan birində mebel yanıb. Yanğının baş verməsinin səbəbləri araşdırılır. Şagirdlər dərhal hadisə yerindən təxliyyə olunub. Xəsarət alan yoxdur”.

***

Bakı. 23 may. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı şəhəri, Xətai rayonunun Qaçaq Nəbi küçəsi 91 ünvanında yerləşən Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbdə yanğın hadisəsi baş verib.

Bu barədə "Report"a həmin məktəbdən bildirilib.

Məlumata görə, yanğın hadisəsi qısaqapanma nəticəsində qeydə alınıb.

Məktəbdə olan bütün şagirdlər təxliyyə olunub. "Hələlik xəsarət alanların olub-olmaması barədə bizdə heç bir məlumat yoxdur", - məktəbdən bildirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi cəlb olunub və yanğın artıq söndürülüb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev “Report”a bildirib ki, hadisə ilə əlaqədar səhər saatlarında çağırış daxil olub: “Hadisə yerinə iki həkim briqadası göndərilib”.

Son xəbərlər

Orphus sistemi