Bakıda məktəbdən oğurluq olub

Bakıda məktəbdən oğurluq olub Hadisəni törədən Tehran Məmmədov tutulub
Hadisə
25 May , 2016 11:49
Bakıda məktəbdən oğurluq olub

Bakı. 25 may. REPORT.AZ/ Bakıda məktəblərdən birindən oğurluq olub.

"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 22-də rayon ərazisindəki 320 saylı orta məktəbdən 2 ədəd noutbuk, 1 ədəd videoproyektor, 1 ədəd televizor və 1 ədəd monitor oğurlayan qrupun üzvü Abşeron rayon sakini, əvvəllər məhkum olunan Tehran Məmmədov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirlərilə onun mayın 20-də həmyerlisi A.Məhərrəmlinin evindən məişət əşyaları oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi