Bakıda məktəb binasında tüstülənmə olub - YENİLƏNİB

Bakıda məktəb binasında tüstülənmə olub - YENİLƏNİB Hadisənin qarşısının alınmasi istiqamətində iş aparılır
Hadisə
6 Noyabr , 2014 10:31

Bakı. 6 noyabr. REPORT.AZ/ Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov "Report"a açıqlamasında 51 saylı orta məktəbdə yanğın deyil, sadəcə qısaqapanma nəticəsində tüstülənmə olduğunu deyib: "Şagird və müəllim kollektivi təxliyyə olunub".

***

Bakının Səbail rayonunda məktəb binasında yanğın baş verib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə Səbail rayonu 20-ci sahə kimi tanınan ərazidə Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 saylı otra məktəbdə olub.

Hazırda hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub. Hadisənin qarşısının alınması istiqamətində iş aparılır.

Son xəbərlər

Orphus sistemi