Bakıda məhkəmədə təqsirləndirilən şəxslər zərərçəkmişlə mübahisə edib

Bakıda məhkəmədə təqsirləndirilən şəxslər zərərçəkmişlə mübahisə edib "Raminlə Hüseyn ofisimə basqın edib, məndən pul tələb etdilər"
Hadisə
7 Sentyabr , 2016 13:07
Bakıda məhkəmədə təqsirləndirilən şəxslər zərərçəkmişlə mübahisə edib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ramin Ayvazov və Hüseyn Rəhmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Hər iki təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini deyib.

Daha sonra zərərçəkmiş Teymur Cəlilov məhkəmədə ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslər onun ofisinə basqın ediblər: "Raminlə Hüseyn ofisimə basqın edib, məndən pul tələb etdilər".

Zərərçəkmişin ifadəsi zamanı təqsirləndirilən şəxslər ona etiraz ediblər. Prosesdə mübahisə yaranıb. Gərginlik zamanı isə Pentensiar Xidmətinin əməkdaşları hər iki şəxsi məhkəmə zalından çıxarıblar.

Məhkəmə prosesi sentyabrın 16-na təxirə salınıb.

Qeyd edək ki, bu il dekabrın 16-na keçən gecə Səbail rayonu ərazisində yaşayan Teymur Cəlilovun evindən məişət əşyaları oğurlanıb.

Bundan bir gün sonra, yəni dekabrın 17-də şəxsiyyəti məlum olmayan 2 nəfər T.Cəlilovu bıçaqla hədələyiblər və onun mobil telefonunu alıblar.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri R.Ayvazov və əvvəllər məhkum olunmuş H.Rəhmanov tutulublar.

Son xəbərlər

Orphus sistemi