​Bakıda maskalanaraq quldurluq edən dəstə tutulub

​Bakıda maskalanaraq quldurluq edən dəstə tutulub Şübhəli şəxslər ətrafında istintaq tədbirləri davam etdirilir
Hadisə
7 Sentyabr , 2015 10:35
​Bakıda maskalanaraq quldurluq edən dəstə tutulub

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakıda maskalanaraq quldurluq edən dəstə tutulub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, BŞBPİ-nin Cinayət Axtarış İdarəsi, Xəzər Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 1-də saat 12:20 radələrində H.Z.Tağıyev küçəsində yeni yaşayş sahəsində yaşayan 1946-cı il təvəllüdlü Nelli Seyfullayevanın evinə maskalanaraq açıq qapıdan daxil olmaqla, onun əl-qolunu bağlayıb 1000 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü İlham Zakir oğlu Abbasov, Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Əli Xanəli oğlu Quliyev və Lənkəran rayon sakini, 1985-ci il təvəllüdlü Teyyub Əhmədulla oğlu Teymurov tutulub.

Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi