Bakıda maska ilə oğurluq etmək istəyən şəxs "iş başında" tutulub - FOTO

Bakıda maska ilə oğurluq etmək istəyən şəxs "iş başında" tutulub - FOTO Saxlanılan şəxsin oxşar cinayətlərdə iştirakının olub-olmaması istintaq zamanı məlum olacaq
Hadisə
22 Yanvar , 2015 10:19
Bakıda maska ilə oğurluq etmək istəyən şəxs iş başında tutulub - FOTO

Bakı. 22 yanvar. REPORT.AZ/ Bakının Yasamal rayonunda oğurluğa cəhd edən şəxs "iş başında" saxlanılıb. Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından bildirilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşları Akim Abbasov küçəsi bina 66 ünvanında oğurluq etmək istəyən Sumqayıt şəhər sakini 19 yaşlı Səfərəliyev Kənan Valeh oğlunu saxlayıb. Onun əlindəki sellofan torbadan cinayət üçün nəzərdə tutulan 4 ədəd əlcək, bir ədəd maska, kəlbətin və digər əşyalar aşkarlanaraq götürülüb. Dindirilmə zamanı K.Səfərəliyev bildirib ki, tanışlarından biri rayon ərazisində içərisində xeyli miqdarda pul olan evin olması barədə ona məlumat verib. Buna həvəslənən K.Səfərəliyev oğurluq üçün hazırlıq görüb və həmin ünvana gəlib. Saxlanılan şəxsin oxşar cinayətlərdə iştirakının olub-olmaması istintaq zamanı məlum olacaq. Bundan əlavə, hadisədə digər şəxslərin iştirak etməsi ehtimal olunduğundan bu istiqamətdə də araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi