Bakıda maşın işıq dirəyinə çırpılıb, sürücü yaralanıb

Bakıda maşın işıq dirəyinə çırpılıb, sürücü yaralanıb Sıxılmış vəziyyətdə qalan sürücünü avtomobildən çıxarılıb
Hadisə
30 Sentyabr , 2016 00:29
Bakıda maşın işıq dirəyinə çırpılıb, sürücü yaralanıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Bakının Nizami rayonunda “Toyota” markalı minik avtomobilinin yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi