​Bakıda maşın beton dayağa çırpılıb, sürücü xilas edilib

​Bakıda maşın beton dayağa çırpılıb, sürücü xilas edilib Qəza paytaxtın Binəqədi rayonunda qeydə alınıb
Hadisə
27 Fevral , 2015 04:16
​Bakıda maşın beton dayağa çırpılıb, sürücü xilas edilib

Bakı. 27 fevral. REPORT.AZ/ Gecə saatlarında Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, qəza nəticəsində “Opel” markalı minik avtomobili yoldan çıxaraq kənardakı beton dayaqlara çırpılıb.

Nəticədə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü FHN-in əməkdaşları tərəfindən avtomobildən çıxarılaraq xilas edilib.

Son xəbərlər

Orphus sistemi