Bakı. 14 mart. REPORT.AZ/ Qobustan qəsəbəsində qəsəbə sakini Səkinə Əzizovaya məxsus mağazadan dam ortüyünü sökmək yolu ilə oğurluğa cəhd olub.
“Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 11-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Musa Əhmədov saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 10-u və 12-də qəsəbə ərazisində Bakı şəhər sakini Sarvan Dostəliyevə məxsus mağazadan və Ramil Qənbərova məxsus “VAZ-2107” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərməsi də müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.