Bakıda mağazalardan oğurluğa cəhd edən şəxs tutulub

Bakıda mağazalardan oğurluğa cəhd edən şəxs tutulub Həmin şəxsdən 0,2 qram heroin aşkar edilərək götürülüb
Hadisə
8 Fevral , 2016 15:50
Bakıda mağazalardan oğurluğa cəhd edən şəxs tutulub

Bakı. 8 fevral. REPORT.AZ/ Bakıda mağazalardan oğurluğa cəhd edən şəxs tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, fevralın 6-da saat 05.40-radələrində Binəqədi rayonunun S.Məmmədova küçəsindəki qorunan mağazalardan birindən Baş Mühafizə İdarəsinə "həyəcan" siqnalı daxil olub.

Dərhal hadisə yerinə gələn Binəqədi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərən paytaxt sakini Kərim Məmmədov saxlanılıb.

Müşahidə kameralarına baxış keçirilərkən onun həmin gün saat 4 radələrində Nəsimi rayonunun 20 Yanvar küçəsindəki qorunan mağazalardan birindən də oğurluğa cəhd göstərməsi müəyyən edilib.

K.Məmmədov Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə təhvil verilib. Ondan 0,2 qram heroin aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi