Bakıda mağazadan “Milli Ön” ödəmə terminalı oğurlanıb

Bakıda mağazadan “Milli Ön” ödəmə terminalı oğurlanıb Hadisəni törətmiş üç nəfər tutulub
Hadisə
9 Fevral , 2016 12:49
Bakıda mağazadan “Milli Ön” ödəmə terminalı oğurlanıb

Bakı. 9 fevral. REPORT.AZ/ Bakıda mağazadan “Milli Ön” ödəmə terminalı oğurlanıb. “Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Abid İsrafilova məxsus mağazadan 70 manat və orada quraşdırılmış “Milli Ön” ödəmə terminalını oğurlamış Bakı şəhər sakinləri Firuz Abbasov, Azər Mirzəyev və Mədət Hüseynov tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi