Bakıda "London" taksisi ilə yük maşını toqquşub - FOTO

Bakıda "London" taksisi ilə yük maşını toqquşub - FOTO Yol polislərinin gəldiyini görən "Şaqman"ın sürücüsü oradan qaçıb
Hadisə
15 Yanvar , 2015 10:03
Bakıda London taksisi ilə yük maşını toqquşub - FOTO

Bakı. 15 yanvar. REPORT.AZ/ Bakının Yasamal rayonu ərazisində "London taksisi" ilə "Şaqman" markalı yük maşını toqquşub. "Report"un məlumatına görə, Natiq Babayevin idarə etdiyi "London taksisi" Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə "İnşaatçılar" prospekti istiqamətində hərəkətdə olarkən Ələsgər Ələkbərov küçəsi ilə hərəkət edən "Şaqman" onun yoluna çıxıb. Hadisə zamanı taksidə sürücüdən başqa heç kəs olmayıb. Qəza xəsarətsiz ötüşsə də, "London taksisi" yararsız hala düşüb.

Qeyd edək ki, hadisə yerinə yol polislərinin gəldiyini görən "Şaqman"ın sürücüsü oradan qaçıb. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi