Bakı. 7 aprel. REPORT.AZ/ Bakının Xətai rayonunda bir nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş bu məlumata əsasən, hadisə yerinə dərhal cəlb olunan xilasedicilər liftin qapısını açaraq vətəndaşın liftdən çıxmasına şərait yaradıblar.
Əməliyyat saat 23:34-də başa çatıb.