Bakı. 3 noyabr. REPORT.AZ/ Bakıda kütləvi dava olub. Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib. Paytaxtın Yasamal rayonu ərazisində - metronun "20 yanvar" stansiyasının yaxınlığında iki qardaş tanımadıqları şəxslərlə mübahisə edib. Hadisə zamanı bir nəfər -1989-cu il təvəllüdlü Süleymanov Rəsul Fərrux oğlu qətlə yetirilib.
Digər üç şəxsin yaralandığı bildirilir. Bunlar Tofiq Mehdiyev, Səfər Qasımzadə və Akif Qasımzadədir. Həmin şəxslər 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.