Bakıda kollecin yataqxanasında qadının başına çəkiçlə ağır xəsarət yetirilib

Bakıda kollecin yataqxanasında qadının başına çəkiçlə ağır xəsarət yetirilib Hadisə 2 nömrəli Bakı Baza Tibb Kollecinin yataqxanasında qeydə alınıb
Hadisə
17 Oktyabr , 2016 11:51
Bakıda kollecin yataqxanasında qadının başına çəkiçlə ağır xəsarət yetirilib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakıda 2 nömrəli Bakı Baza Tibb Kollecinin yataqxanasında müvəqqəti yaşayan məcburi köçkün dava zamanı başından ağır xəsarət alıb.

"Report"un məlumatına görə, Yasamal rayonu, Şərifzadə küçəsi 2 ünvanında yerləşən yataqxanada yaşayan Ağdam rayonundan məcburi köçkün düşən 1977-ci il təvvəllüdlü Babayeva Sənubər Tapdıq qızı ilə qonşusu arasında mübahisə düşüb. Nəticədə qonşu S.Babayevanın başından çəkiclə zərbə endirib.

S.Babayeva açıq kəllə-beyin travması ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Həkimlərin verdiyi məlumata görə, S.Babayevanın vəziyyəti orta ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi