Bakıda kollecdən oğurluq edilib

Bakıda kollecdən oğurluq edilib Oğurluqda şübhəli bilinən şəxs tutulub
Hadisə
5 Oktyabr , 2016 11:45
Bakıda kollecdən oğurluq edilib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakı İdarəetmə və Texnologiya Kollecindən noutbuk, proyektor və monitor oğurlanıb.

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İdarəetmə və Texnologiya Kollecindən 34 ədəd noutbuk, 3 ədəd proyektor və monitor oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini Həsən Abdullayev tutulub.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi