Bakıda keçmiş məhkumdan avtomat götürülüb

Bakıda keçmiş məhkumdan avtomat götürülüb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
14 Yanvar , 2016 10:51
Bakıda keçmiş məhkumdan avtomat götürülüb

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda keçmiş məhkumdan avtomat götürülüb. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər məhkum olunan Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Emil Rəhimovdan 1 ədəd AKM markalı avtomat, 22 ədəd parton və 4 ədəd avtomat darağı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi