Bakıda keçmiş məhbusdan külli miqdarda narkotik vasitə götürülüb

Bakıda keçmiş məhbusdan külli miqdarda narkotik vasitə götürülüb Narkotik vasitənin mənbəyi araşdırılır
Hadisə
13 Dekabr , 2014 11:21
Bakıda keçmiş məhbusdan külli miqdarda narkotik vasitə götürülüb
Bakı. 13 dekabr. REPORT.AZ/ Bakıda keçmiş məhbusdan külli miqdarda narkotik vasitə götürülüb. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlik cinayətlərində şübhəli olan Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1964-cü il təvəllüdlü Etibar Məmmədzadə tutulub. Şübhəli şəxsin üzərindən 1,890 qram tiryək aşkar olunaraq götürülüb.

E.Məmmədzadənin narkotik vasitəni haradan əldə etməsini müəyyən etmək istiqamətində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi