​Bakıda keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi endirən şəxsin cinayət işinin istintaqı başa çatıb

​Bakıda keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi endirən şəxsin cinayət işinin istintaqı başa çatıb İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib
Hadisə
18 Aprel , 2016 16:26
​Bakıda keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi endirən şəxsin cinayət işinin istintaqı başa çatıb

Bakı. 18 aprel. REPORT.AZ/ Bakıda qısqanclıq zəminində keçmiş həyat yoldaşını bıçaqlayan şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

“Report”un məlumatına görə, Hacıbala Ağazadənin törətdiyi cinayət hadisəsi üzrə Bakı şəhəri Suraxan Rayon Prokurorluğunda aparılmış istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, cinayət hadisəsi ötən il dekabr ayının 25-də Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində baş verib. Qəsəbə sakini Sədaqət Quliyeva uşaqlarını məktəbə qoyaraq evinə qayıdarkən keçmiş həyat yoldaşı H.Ağazadə onun yaşadığı həyətə gəlib. Arxadan S.Quliyevaya yaxınlaşan H.Ağazadə onu əvvəl yerə yıxıb, sonra 11 bıçaq zərbəsi endirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Ağazadə tutulub.

İstintaqa ilkin ifadə verən H.Ağazadə hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. O, keçmiş həyat yolşdaşını bıçaqlayan zaman sərxoş vəziyyətdə olduğunu deyib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

H.Ağazadə Cinayət Məcələsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi