Bakıda keçmiş arvadını öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılıb

Bakıda keçmiş arvadını öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılıb Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb
Hadisə
25 Avqust , 2016 18:00
Bakıda keçmiş arvadını öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayətinə baxılıb

Bakı. 25 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə "Report"aS.Əliyevin vəkili Ceyhun Yusifov məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, S.Əliyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ötən həftə Nəsimi Rayon Məhkəməsində S.Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb. Vəkil C.Yusifov həmin qərardan apellyasiya şikayəti verib.

Xatırladaq ki, 2015-ci il iyulun 6-da Bakı-Quba yolunun 55-ci kilometrliyində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb. Öldürülən qadının Bakı sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. Üç uşaq anası olan 34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Qətldən bir neçə gün əvvəl - iyulun 26-da onun itkin düşməsi barədə yaxınları tərəfindən Xətai Rayon Polis İdarəsinə ərizə daxil olub. Meyit tapılandan bir neçə gün sonra N.Əliyevanın keçmiş həyat yoldaşı, sabiq polis işçisi Samir Səməndər oğlu Əliyev şübhəli şəxs kimi saxlanılaraq istintaqa cəlb olunub.

S.Əliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülərək Nəsimi Rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb.

Son xəbərlər

Orphus sistemi