Bakıda "KAMAZ" dərəyə aşıb

Bakıda "KAMAZ" dərəyə aşıb Sürücü xəsarət alıb və maşında sıxılmış vəziyyətdə qalıb
Hadisə
25 Aprel , 2016 12:37
Bakıda KAMAZ dərəyə aşıb

Bakı. 25 aprel. REPORT.AZ/ Bakıda "KAMAZ" markalı yük avtomobili dərəyə aşıb. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Qaradağ rayonunda, Bakı-Qazax yolunun 54-cü kilometrliyində qeydə alınıb.  Nəticədə, avtomobilin sürücüsü xəsarət alaraq, nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 11:26-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi