Bakı. 29 iyun. REPORT.AZ/ Bakıda itkin düşmüş şəxsin meyti tapılıb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşları iyunun 27-də itkin düşmüş Aleksandr Starostinin rayon ərazisində yerləşən yüksək gərginlikli transformator otağında elektrik cərəyanı vurması nəticəsində ölməsini müəyyən ediblər.