​Bakıda itkin düşmüş 15 yaşlı oğlanın silsilə oğurluqlar törətdiyi məlum olub

​Bakıda itkin düşmüş 15 yaşlı oğlanın silsilə oğurluqlar törətdiyi məlum olub Şübhəli şəxs ətrafında araşdırmalar davam etdirilir
Hadisə
10 Aprel , 2015 11:35
​Bakıda itkin düşmüş 15 yaşlı oğlanın silsilə oğurluqlar törətdiyi məlum olub

Bakı. 10 aprel. REPORT.AZ/ Azərbaycanda itkin düşmüş 15 yaşlı oğlanın silsilə oğurluqlar törətdiyi məlum olub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi, Suraxanı Rayon Polis İidarəsi (RPİ) Cinayət Axtarış Şöbəsi və 33-cü Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də qeydiyyatda olduğu unvandan naməlum istiqamətə gedərək itkin düşən 2000-ci il təvəllüdlü Rəhman İlqar oğlu Məhərrəmov tapılıb. Onun ətrafında keçirilən ilkin kriminalistik tədqiqat, istintaq, əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, R.Məhərrəmov ötən il dekabrın 21-dən başlayaraq gecə saatlarında Yeni Günəşli qəsəbəsində yerləşən aptekdən və ayırı-ayırı ünvanlarda yerləşən mağazalardan açar seçmə yolu ilə, qapını sındırmaqla, nəfəslikdən keçməklə 153 manat, cari ilin yanvarın 29-da 500 manat, fevralın 14-də 250 manat, fevralın 22-də isə Zığ qəsəbəsində 110 manat nağd pulu talayıb. Daxil olduğu mağazalardan daşıya biləcəyi qədər tütün məmulatları, ərzaq malları, danışıq kartları sərinləşdirici içkiləri gizli yolla çıxararaq satıb öz şəxsi ehtiyaclarına xərcləyib. Şübhəli şəxs ətrafında araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi