Bakıda intihara cəhd hadisəsi olub

Bakıda intihara cəhd hadisəsi olub Hadisə yerinə FHN-nin xilasediciləri cəlb edilib
Hadisə
17 Dekabr , 2014 17:35
Bakıda intihara cəhd hadisəsi olub

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakının Binəqədi rayonunda intihara cəhd hadisəsi olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, hadisə Dərnəgül qəsəbəsində, qaçqın və məcburi köçkünlərin yaşadığı yataqxanada qeydə alınıb. Beşmərtəbəli binanın damına çıxan şəxsiyyəti məlum olmayan naməlum kişi oradan özünü atacağını bildirib. Hadisə şahidlərinin sözlərinə görə, intihar etmək istəyən şəxs sərxoş vəziyyətdədir. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub. İntihar etmək istəyən şəxsi fikrindən daşındırmaq istiqamətində işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi