Bakıda intihara cəhd edən şəxs insanlardan kreditini ödəmək üçün yardım istəyib

Bakıda intihara cəhd edən şəxs insanlardan kreditini ödəmək üçün yardım istəyib Onu fikrindən çəkindirmək mümkün olub
Hadisə
21 Avqust , 2015 23:23
Bakıda intihara cəhd edən şəxs insanlardan kreditini ödəmək üçün yardım istəyib

Bakı. 21 avqust. REPORT.AZ/ Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində intihara cəhd hadisəsi baş verib.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hadisə qəsəbənin “Q” massivinin 3 saylı binada baş verib.
Belə ki, şəxsiyyəti məlum olmayan kişi binanın damına çıxaraq oradan özünü atmaq istəyib. Həmin şəxs aşağıda yığışan insanlardan ona banklara olan külli miqdarda borcunu ödəmək üçün köməklik göstərməyi xahiş edib.
Hadisə yerinə çatan Fövqəladə Hallar Nazirliyinin (FHN) və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb edilib. İntihara cəhd etmək istəyən şəxslə qısa söhbətindən sonra onu fikrindən çəkindirmək mümkün olub.
Adı açıqlanmayan şəxs Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinə aparılıb.

Son xəbərlər

Orphus sistemi