Bakı. 10 fevral. REPORT.AZ/ Bakının Sabunçu rayonu ərazisində inək neft quyusuna düşüb.
“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun 112 qaynar telefon xəttinə Qala qəsəbəsi, 12-ci mədən küçəsində köməyə ehtiyacı olan heyvan faktorunun olması barədə məlumat daxil olub.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, inək dərinliyi təxminən 3, diametri isə 1 metr olan neft quyusuna düşüb. Vətəndaşlar inəyi quyudan çıxara bilmədiklərindən xilasedicilərə kömək üçün müraciət ediblər. Xilasedicilər xüsusi alpinist xilasetmə avadanlıqlarından istifadə etməklə inəyi quyudan sağ çıxararaq, sahibinə təhvil veriblər.