Bakıda iki yük maşını toqquşub: 1 ölü

Bakıda iki yük maşını toqquşub: 1 ölü Hadisə paytaxtın Xəzər rayonunda baş verib
Hadisə
12 İyun , 2015 01:04
Bakıda iki yük maşını toqquşub: 1 ölü

Bakı. 12 İyun. REPORT.AZ/ Bakı şəhərinin Xəzər rayonunda “Hyundai” və “Zil” markalı iki yük avtomobili toqquşub.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, qəza nəticəsində deformasiyaya uğramış “Hyundai” markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Dədəlov Müşfiq Əlizadə oğlu aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. M.Dədəlovun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi