​Bakıda iki qardaş bıçaqlanıb

​Bakıda iki qardaş bıçaqlanıb Qardaşlara xəsarət yetirməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəxs tutulub
Hadisə
20 Aprel , 2015 11:36
​Bakıda iki qardaş bıçaqlanıb

Bakı. 20 aprel. REPORT.AZ/ Bakıda iki qardaş bıçaqlanıb. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Belə ki, Binəqədi qəsəbəsi 1-ci mədən küçəsində Elnur Nəsirov və qardaşı Orxan bıçaqlanıb.

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidməti Bölüyü (PPXB) və 4-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nəsirov qardaşlarına bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1968-ci il təvəllüdlü Tehran Zahid oğlu Səlimov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi