​Bakıda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb

​Bakıda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb Hadisəni törədən şəxslər tutulub
Hadisə
29 İyul , 2015 13:46
​Bakıda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb

Bakı. 29 iyul. REPORT.AZ/ Bakının Suraxanı rayonunda iki qardaş bıçaqlanıb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Bakı şəhər sakinləri Orxan Əsgərli və qardaşı Sabit kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. S.Əsgərli xəstəxanada ölüb.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakinləri Cavid İsgəndərov və Cavanşir Cəfərzadə tutulublar.

Son xəbərlər

Orphus sistemi