Bakıda üç nəfər dəm qazından boğularaq ölüb

Bakıda üç nəfər dəm qazından boğularaq ölüb Hadisənin biri paytaxtın Nizami, digərləri isə Xətai və Suraxanı rayonlarında baş verib
Hadisə
14 Dekabr , 2015 13:22
Bakıda üç nəfər dəm qazından boğularaq ölüb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda üç nəfər dəm qazından boğularaq dünyasını dəyişib. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Dekabrın 11-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan Lalə Rzayeva evində dəm qazından zəhərlənərək ölüb.

Dekabrın 13-də paytaxtın Nizami rayonu ərazisində yaşayan Sevinc İbrahimova, Xətai rayonu ərazisində yaşayan Dövlətgəldi Qurbanov mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Hər üç faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi