​Bakıda iki minik maşını toqquşub, 1 nəfər yaralanıb

​Bakıda iki minik maşını toqquşub, 1 nəfər yaralanıb Qəza Binəqədi rayonu ərazisində baş verib
Hadisə
20 Yanvar , 2016 22:25
​Bakıda iki minik maşını toqquşub, 1 nəfər yaralanıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Axşam saatlarında Bakının Binəqədi rayonunda “Mercedes” və “VAZ” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə, “Mercedes” markalı avtomobilin sürücüsü xəsarət alaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Dərhal nazirliyin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi