​Bakıda iki minik avtomobili toqquşub

​Bakıda iki minik avtomobili toqquşub Yol qəzası nəticəsində maşınlardan biri yanmağa başlayıb
Hadisə
15 Mart , 2015 06:44
​Bakıda iki minik avtomobili toqquşub

Bakı. 15 mart. REPORT.AZ/ Bu gün gecə saatlarında Bakının Yasamal rayonunda “AzSamand" və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə “AzSamand” markalı minik avtomobili yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi