Bakıda iki meyit aşkarlanıb

Bakıda iki meyit aşkarlanıb Rayon prokurorluğunda araşdırma aparılır
Hadisə
17 Oktyabr , 2016 14:14
Bakıda iki meyit aşkarlanıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Sabunçu rayonunda parkda meyit aşkar edilib.

“Report”un xəbərinə görə, Maştağa qəsəbəsi Şəfai küçəsi, ev 5 ünvanda yerləşən parkda qəsəbə sakini 1972-ci il təvəllüdlü Ramiz Əliyevin meyiti aşkar olunub.

Oxşar hadisə qəsəbənin Müşəlan bağ massivində də qeydə alınıb. Orada 360 saylı bağ evində yaşayan 1960-ci il təvəllüdlü Mehman Orucovun yaşadığı evdə hamam otağında meyiti aşkarlanıb.

Hər iki faktla bağlı rayon prokurorluğunun əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi