Bakıda iki mənzil yanıb

Bakıda iki mənzil yanıb Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub
Hadisə
19 Oktyabr , 2015 09:16
Bakıda iki mənzil yanıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 900 kv.m olan ikimərtəbəli 16 mənzilli kommunal tipli evin 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin 2 ədəd pəncərə çərçivəsi, qapısı və digər vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 1 otaqlı mənzilin 1 ədəd pəncərə çərçivəsi, qapısı hər iki mənzilin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m və mənzillərin aynabəndlərinin yanar konstruksiyaları 43 kv.m sahədə yanıb, yüksək temperaturdan hər iki mənzilin ev əşyaları qarsalanıb. “Report”un xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb.

Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Son xəbərlər

Orphus sistemi