​Bakıda iki mağazada yanğın olub

​Bakıda iki mağazada yanğın olub Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
28 İyul , 2015 08:54
​Bakıda iki mağazada yanğın olub

Bakı. 28 iyul. REPORT.AZ/ Bakı şəhəri, Xətai rayonunda ümumi sahəsi 50 kv.m olan meyvə-tərəvəz mağazasının dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, mağaza və bitişik obyektlər yanğından mühafizə olunub.

Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan mağazanın tavanı və içərisində olan ərzaqlar 120 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi