Bakıda iki avtomobil toqquşub, ölən var

Bakıda iki avtomobil toqquşub, ölən var Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər
Hadisə
7 Dekabr , 2014 10:40
Bakıda iki avtomobil toqquşub, ölən var
Bakıda iki avtomobil toqquşub, 1 nəfər ölüb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda “Kia” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıblar. Hadisə yerində “Kia” avtomobilinin sürücüsü şəxsiyyəti məlum olmayan sərnişinin cəsədi aşkar olunub.

Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi