Bakıda huşsuz vəziyyətdə olan vətəndaş xilas edilib

Bakıda huşsuz vəziyyətdə olan vətəndaş xilas edilib Xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar
Hadisə
14 Yanvar , 2015 22:24
Bakıda huşsuz vəziyyətdə olan vətəndaş xilas edilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Paytaxtın Nəsimi rayonunda mənzildə bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər mənzilin giriş qapısını açaraq huşsuz vəziyyətdə aşkarlanan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:30-da başa çatıb.

Son xəbərlər

Orphus sistemi