Bakıda yataqxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO

Bakıda yataqxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO Binada məcburi köçkünlər məskunlaşıb
Hadisə
5 Yanvar , 2016 16:17
Bakıda yataqxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO

Bakı. 5 yanvar. REPORT.AZ/ Nizami rayonunda, “Laçın” ticarət mərkəzinin yaxınlığında, Elşad Məmmədov,148 ünvanında baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. "Report"un ərazidə olan əməkdaşı xəbər verir ki, yanğın binanın ikinci mərtəbəsində qeydə alınıb. Sakinlərin hamısı təxliyə edilib. Yanğın zamanı bir qadın tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ümumilikdə 15 kvadratmetrlik ərazi yanıb. Yanğının başvermə səbəbləri bəlli deyil.

*** 15:53

Bakıda hündürmərtəbəli binalardan birində yanğın başlayıb. “Report”un xəbərinə görə, bu barədə jurnalist Əzizə İsmayılova özünün “Facebook” səhifəsində yazıb.

Hadisə Nizami rayonunda, “Laçın” ticarət mərkəzinin arxa tərəfində, Elşad Məmmədov-148 ünvanında qeydə alınıb.

Binada məcburi köçkünlər məskunlaşıb. Hazırda binada xeyli sayda sakin var.

Son xəbərlər

Orphus sistemi