Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yataqxana binasının 8-ci mərtəbəsində quraşdırılmiş 7 ədəd elektrik sayğacı və 3 p.m kabel yanıb.
"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, yanğın zamanı yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.