Bakıda həyat yoldaşını qısqanclıq zəminində öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda həyat yoldaşını qısqanclıq zəminində öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası sentyabrın 20-nə təyin edilib
Hadisə
16 Sentyabr , 2016 09:52
Bakıda həyat yoldaşını qısqanclıq zəminində öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Tahir Niyaz oğlu Mürsəlov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası sentyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi Bakı şəhərinin Sabunçu rayonunun Məhəmmədi qəsəbəsindəki "Yeni yaşayış massivində" baş verib. 1983-cü il təvəllüdlü T.Mürsəlovla həyat yoldaşı, 1991-ci il təvəllüdlü Nigar Təslim qızı Mürsəlova arasında qısqanclıq zəminində mübahisə yaranıb. Mübahisə zamanı ər bıçaqla həyat yoldaşına çoxsaylı zərbələr endirib. Yaralı N.Mürsəlovanı qonşusu avtomobili ilə xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib. T.Mürsəlov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

Bu il iyul ayının 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Mürsəlov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi