Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Əli Məmmədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ə.Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2015-ci il sentyabr ayının 19-da Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində qəsəbə sakinləri - əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Əli Məmmədov 1976-cı il təvəllüdlü İlham Muradova bıçaq xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, orada dünyasını dəyişib. Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Məmmədov tutulub.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.