​Bakıda həmyaşıdını söyüşə görə öldürən şəxsin məhkəməsi keçirilib

​Bakıda həmyaşıdını söyüşə görə öldürən şəxsin məhkəməsi keçirilib Məhkəmənin növbəti prosesi mayın 25-nə təyin edilib
Hadisə
18 May , 2016 14:33
​Bakıda həmyaşıdını söyüşə görə öldürən şəxsin məhkəməsi keçirilib

Bakı. 18 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sərxan Çobanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevin sərdliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Daha sonra ifadə verən S.Çobanov özünü təqsirli bildiyini deyib. Çobanov mərhumun ona kobud cavab verdiyini və sonra da söyüş söydüyünü bildirib.

Məhkəmənin növbəti prosesi mayın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə Sabunçu rayonunda baş verib. 1997-ci il təvəllüdlü Şamo Yunisov bıçaqlanıb. Aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Ş.Yunisovu xilas etmək mümkün olmayıb. Aparılan araşdırmalar zamanı qətli onun həmyaşıdı S.Çobanov tərəfindən törədildiyi məlum olub. Polis əməkdaşların əməliyyat-axtarış tədbirləri nəticəsində S.Çobanov tutulub. 

Son xəbərlər

Orphus sistemi